Qoruyucu səhmlər nədir və nə üçün dəyərli hesab olunurlar? | Banco.az

Qoruyucu səhmlər nədir və nə üçün dəyərli hesab olunurlar?

Müəllif - Maliyyəçi-investor Nisə Əsgərli, Banco.az

Bu il bazar kəskin şəkildə aşağı düşüb, investorlar itki ilə üzləşib. Və tez-tez eşidilənlərdən biri: "Qoruyucu səhmlər almaq lazım idi."

Qoruyucu səhmlər şərti olaraq Apple-dan üstünlüyü nədir? Əgər bunlar həqiqətən yaxşı aktivlərdirsə, niyə bütün portfeli əvvəlcədən onlardan toplamayaq?

Qoruyucu səhmlər, daha çox defensive stocks kimi tanınan aktivlər portfeli ağır enişlərdən qoruyan səhmlərdir. Bu, pul və qızılla birlikdə qoruyucu aktivlərin növlərindən biridir.

Qeyri-sabit dövrlərdə investorlar Qoruyucu səhmlərdən ayrılmağa tələsmirlər: belə qiymətli kağızlar daha az enir, bəziləri isə hətta ayı bazarında da inkişaf edə bilir. Amma bir mənfi cəhətləri var: iqtisadiyyat inkişaf edəndə belə aktivlərin artım potensialı daha aşağı olur.Bu qiymətli kağızlarıdı iqtisadiyyatın vəziyyətindən asılı olmayaraq qazanc əldə edən sabit şirkətlərin səhmləridi. Bu, bir qayda olaraq, həmişə tələb olunan zəruri mal və xidmətlər sahəsidi.

Qoruyucu səhmlər, birmənalı şəkildə müəyyən etmək üçün heç bir meyar yoxdur - nəzərə alınmalı bir çox amil var. Ancaq ümumi bir neçə faktoru qeyd etmək olar.

Böyük kapitallaşma. Biz adətən ənənəvi seqmentdə onilliklər ərzində bazarda olan iri şirkətlərdən - mavi çiplərdən danışırıq. Məsələn, bu Walmart və ya Coca Cola olar bilər.

Sabit dividendlər. Əgər şirkət özünü etibarlı və səxavətli ödəyici kimi göstəribsə, bu, kotirovkaları dəstəkləyəcək əlavə amildir.

Ən sərfəli kredit üçün müraciət et

Keyfiyyət amili. Şirkət fundamental nə qədər güclüdürsə, onun səhmləri bir o qədər qoruyucu hesab olunur.

Qoruyucu səhimləri necə tapmaq olar. Müxtəlif variantlar var. Məsələn, siz səhmləri sektorlar və sənayelər üzrə filtrə edə bilərsiniz. Ancaq sonra əlavə aspektləri təhlil etməlisiniz: şirkətin fundamental vəziyyəti və dividend ödənişlərinin tarixi.

Nəticə olaraq.

Bu səhmlər sabit mənfəəti və dividentləri var. Adətən bunlar kommunal xidmətlər, dərman və zəruri mallarla bağlı şirkətlərdir. Onların maliyyə axınları iqtisadiyyatın vəziyyətindən çox da asılı deyil, çünki onların məhsullarına daimi tələbat var.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et