Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov Banco.az saytına verdiyi müsahibə zamanı hazırda qorunan əmanətlərin həcmi ilə bağlı bəzi statistik rəqəmlərə açıqlama gətirdi:
Ümumilikdə əmanətlərin həcmi 6 milyard 77 milyondur. Onlardan 3,568 milyardı qorunanlar, 2,5 milyardı isə qorunmayan əmanətlərdir. 5,862 min ümumilikdə əmanətçi var. Onlardan 5,346 mini qorunan əmanətçilərdir.
Qorunan əmanətlərin 62%-i manatda, 34%-i dollarda, 4% isə avrodadır.