Ləğvetmə prosesində olan kommersiya banklarının qorunan əmanətçilərinin Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan (ADIF) 26,837 mln. manat alacağı var.
Bu barədə keçirdiyi mətbuat konfransında ADIF-in icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, bu məbləğ 176 minə yaxın fiziki şəxsə məxsusdur: “Amma onların əksəriyyətinin pulu kiçik məbləğlərdir. Odur ki, gəlib pullarını götürmürlər”.
A.Cavadov ləğvetmə prosesində olan öhdəliklərinin məbləğini də açıqlayıb: “Hazırda 10 bankın ləğv edilməsi ilə məşğuluq. Çünki “Parabank” ASC ilə bağlı bu proses yekunlaşıb. Bu 10 bankın 2,9 mlrd. manatlıq öhdəliyi var”.
Mənbə: Report.az