Qonşu ölkənin əhalisi ərzaqlara qənaət etməyə başladı | Banco.az

Qonşu ölkənin əhalisi ərzaqlara qənaət etməyə başladı

Müəllif - Aida İsaq, Banco.az

Bu ilin mart ayından etibarən Rusiya əhalisinin 24 faizinin ərzaqlara daha çox qənaət etməyə başladığı açıqlanıb.

Banco.az xəbər verir ki, onlar arsında gənclər üstünlük təşkil edib. Belə ki, sorğuda iştirak edənlərin 26 faizini 18-24 yaşda olan gənclər təşkil edib. Digər 22 faiz isə 35-44 yaş aralığında olan şəxslərdir. Ümumilikdə maddi vəziyyətinin qənaətbəxş olmadığını vurğulayanlar (69 faiz) arasında qənaət etmək istəyinin daha güclü olduğu qeyd olunur.

Qeyd edək ki, bundan öncə alıcılıq fəallığının azalması pərakəndə satış şəbəkələrini müxtəlif yollara əl atmağa məcbur edib. Sentyabrda endirimli malların satışından əldə edilən gəlir 86 milyard rubl təşkil edib. “NielsenIQ” istehlakçıların 41 faizinin qənaət etmək üçün endirimli mallara üstünlük verdiyini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram