Qonşu ölkənin bu sənaye sahələrində maaşlar daha sürətlə artır | Banco.az

Qonşu ölkənin bu sənaye sahələrində maaşlar daha sürətlə artır

Müəllif - Aida İsaq, Banco.az

Son baş verən hadisələr fonunda tətbiq olunan sanksiyalar və səfərbərlik Rusiyanın əmək bazarında bəzi dəyişikliklərə səbəb olub. Məlum olub ki, işçi axtarışında olan tikinti və logistika şirkətləri əmək haqqını bazardan daha sürətli artırır.

Banco.az xəbər verir ki, adı çəkilən sektorlarda üçüncü rübdə orta əmək haqqı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6,6% və ya 6 min rubl artaraq 91 min rubla çatıb.

Bütövlükdə Rusiyada orta nominal hesablanmış əmək haqqı iyulda 62,2 min rubldan avqustda 59,907 min rubla qədər azalıb. Lakin 2022-ci ilin yanvarında 55,717 min rubldan başlayaraq artımlar müşahidə olunub. Bir il əvvəl avqust ayında əmək haqqı 52,355 min rubl təşkil edirdi.

Ümumilikdə əmək bazarındakı cari vakansiyalar aktiv CV-lərin sayından 5-6 dəfə çoxdur.

Əmək Nazirliyi bu il nominal əmək haqqının orta hesabla 11,6%, inflyasiyanın isə təxminən 12% artacağını proqnozlaşdırır. 2023-cü ildə real əmək haqqı artımı gözlənilir. Pandemiyanın ilk ilində isə kuryerlər, həkimlər və rabitə şirkətləri üçün maaşların digərlərindən daha sürətlə artması qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Aparılan araşdırmalara görə, rusların 38%-i aylıq 50-80 min rubl gəliri qənaətbəxş hesab edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram