"Qoca investorlar qızıl, gənclər isə bitcoin alır" | Banco.az

"Qoca investorlar qızıl, gənclər isə bitcoin alır"

ABŞ-ın JPMorgan Chase & Co maliyyə holdinqinin analitikləri bu qənaətə gəldilər ki, pandemiya zamanı pərakəndə investorların davranışı onların hansı yaş qruplarına mənsub olduqlarından asılıdır. Mövcud vəziyyətdə investorlar alternativ aktivlərlə maraqlanırlar lakin daha yaşlı investorlar qızıl, gəncləri isə bitcoin almağı daha üstün tuturlar.

ABŞ-ın ən böyük broker şirkətlərindən biri olan Charles Schwab apardığı tədqiqat nəticəsində məlum olub ki, 1980-2000 illərdə doğulmuş investorlar əvvəlki nəsillərə nisbətən daha çox bitcoin üzrə investisiyalara yönümlüdür. Charles Schwab müştərilərinin portfelindəki aktivlərin 1.84%-i bitcoin investisiyaları təşkil edir.

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et