Qlobal yarımkeçirici satışı 15,8 faiz artıb | Banco.az

Qlobal yarımkeçirici satışı 15,8 faiz artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Qlobal yarımkeçirici satışları bu ilin üçüncü rübündə 15,8 faiz artaraq 208,4 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) 2025-ci ilin sentyabr ayı və üçüncü rüb üçün qlobal yarımkeçirici satış məlumatlarını açıqlayıb.

Müvafiq olaraq, qlobal yarımkeçirici satışları ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 15,8 faiz artaraq 208,4 milyard dollara çatıb.

Yarımkeçirici satışları sentyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 25,1 faiz artaraq 69,5 milyard dollara çatıb.

Regional olaraq, yarımkeçirici satışı sentyabr ayında Asiya Sakit Okean regionunda illik müqayisədə 47,9 faiz, Amerika qitəsində 30,6 faiz, Çində 15 faiz və Avropada 6 faiz artıb, Yaponiyada isə 10,2 faiz azalıb.