Qlobal xam polad istehsalında azalma qeydə alınıb | Banco.az

Qlobal xam polad istehsalında azalma qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal xam polad istehsalında azalma qeydə alınıb.

Banco.az xəbər verir ki, Mərkəzi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (“Worldsteel”) yanvar ayı üzrə xam polad istehsalına dair məlumatları açıqlayıb.

Məlumata əsasən, qlobal xam polad istehsalı ilin ilk ayında 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,5 faiz azalaraq 147,3 milyon tona geriləyib.

Dünyanın ən böyük polad istehsalçısı olan Çində istehsal yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə 13,9 faiz azalaraq 75,3 milyon tona düşüb.

Yanvar ayında Yaponiyanın polad istehsalı illik müqayisədə 0,5 faiz azalaraq 6,8 milyon tona enib, ABŞ-də isə istehsal 3,3 faiz artaraq 7,1 milyon tona çatıb.

Almaniyada polad istehsalı ötən ay illik əsasda 15 faiz artaraq 3,1 milyon tona, Cənubi Koreyada isə 5 faiz yüksələrək 5,6 milyon tona çatıb.

Yanvar ayında Braziliyada polad istehsalının 1,4 faiz azalaraq 2,7 milyon tona endiyi, İranda isə 15,1 faiz artaraq 2,6 milyon tona yüksəldiyi təxmin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram