Qlobal xam polad istehsalı azalıb | Banco.az

Qlobal xam polad istehsalı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal xam polad istehsalı aprel ayında 5 faiz azalıb.

Banco.az xəbər verir ki, baş ofisi Brüsseldə yerləşən Dünya Polad Assosiasiyası (Worldsteel) aprel ayı üzrə xam polad istehsalı məlumatlarını açıqlayıb.

Məkumatlar göstərir ki, dünyanın xam polad istehsalı ötən ay 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalaraq 155,7 milyon tona geriləyib.

Sözügedən dövrdə dünyanın ən böyük polad istehsalçısı olan Çinin istehsalı isə 7,2 faiz azalaraq 85,9 milyon tona düşüb. 

Yaponiyanın istehsalı 2,5 faiz azalaraq 7,1 milyon tona, ABŞ-ın istehsalı 2,8 faiz azalaraq 6,7 milyon tona, Cənubi Koreyanın istehsalı isə 10,4 faiz azalaraq 5,1 milyon tona düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Almaniyanın istehsalının 6,4 faiz artaraq 3,4 milyon tona çatdığı qeyd edilib.

Qlobal xam polad istehsalı 2024-cü ilin yanvar-aprel aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalaraq 625,4 milyon tona düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et