Qlobal ticarətdə rekord azalma qeydə alınıb | Banco.az

Qlobal ticarətdə rekord azalma qeydə alınıb

Müəllif, Mehin Qasımova

Qlobal ticarətdə son üç ildə ən sürətli azalma qeydə alıb. 

Dünyada yüksək inflyasiya, mərkəzi banklar tərəfindən faiz artımı və xərclərin xidmətlər tərəfinə keçməsi mal ticarətində tələbin zəifləməsinə səbəb olub.

Banco.az xəbər verir ki, CPB-nin "World Trade Monitor" hesabatına görə, qlobal ticarət iyul ayında keçən ilin eyni ayı ilə müqayisədə 3,2 faiz azalsa da, bu, pandemiyanın ilk aylarından bəri ən kəskin azalma olub. 

Pandemiyadan sonrakı dövrdə tədarük zənciri problemlərinin aradan qaldırılması ilə bir müddət güclü yüksəliş trendinə girən qlobal ticarət, daha sonra mərkəzi bankların yüksək inflyasiya və faiz artımı ilə zəifləməyə başlayıb.

CPB məlumatlarına görə, dünyanın ən böyük mal ixracatçısı olan Çin, illik yüzdə 1,5 azalma qeyd edərkən, ən əhəmiyyətli eniş isə yüzdə 2,5 ilə Avro Bölgəsində qeydə alınıb. ABŞ-da isə  azalma yüzdə 0,6 olaraq açıqlanıb.

CPB həmçinin qlobal sənaye istehsalının əvvəlki ayla müqayisədə 0,1% azaldığını, ən çox azalmanın Yaponiya, Avro Bölgəsi və Böyük Britaniyada olunduğuna diqqət çəkib. 

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) iyun ayında dərc etdiyi qlobal ticarət yeniləmə hesabatında bu ilin ikinci yarısı üçün qlobal ticarət fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.

 Hesabatda qlobal mal və xidmət ticarətinin artımının 2023-cü ilin birinci rübündə bərpa olunduğu, lakin ilin ikinci yarısı üçün gözləntilərin bədbin olduğu bildirilib. 

UNCTAD bu ilin ikinci yarısında qlobal ticarətə mənfi təsir göstərə biləcək amilləri sadalayıb: müharibə və geosiyasi gərginlik, zəifləyən qlobal iqtisadiyyat, ticarəti məhdudlaşdıran tədbirlərin potensial artımı, sənaye istehsalının yavaşlaması, inflyasiya, əmtəə qiymətləri və yüksək faiz dərəcələri.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram