Qlobal Ticarət Barometri rekord vurdu | Banco.az

Qlobal Ticarət Barometri rekord vurdu

Tamara Mustafayeva, Banco.az

Qlobal Ticarət Barometri rekord vurub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Əmtəə Ticarət Barometri bu ay rekord göstəriciyə imza ataraq 110,4 səviyyəsinə çatıb.

Barometrdəki bu artım dinamikası qlobal ticarətin güclənməsi ilə yanaşı, həmçinin pandemiyanın yaratdığı təsirin dərinliyini də əks etdirir. İndeksin ümumi tendensiyadan yuxarı olmasına baxmayaraq, ticarətin artım sürətinin getdikcə azaldığı da diqqətdən yayınmayan məqamlardan biridir.

Qeyd edək ki, Barometrdə 95 səviyyəsindən aşağı göstərici ticarətin ümumi tendensiyadan aşağı, 105 səviyyəsindən yuxarı göstərici isə ticarətin ümumi tendensiyadan yuxarı olduğunu göstərir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et