Qlobal təbii qaz və elektrik enerjisi istehsalı daha çox artacaq | Banco.az

Qlobal təbii qaz və elektrik enerjisi istehsalı daha çox artacaq

IEA-nın hesabatına görə, 2040-cı ilə qədər qlobal neft istehsalı 10%, qlobal təbii qaz istehsalı 40% artacaq. Mövcud siyasətlərlə davam edilməsi halında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft istehsalındakı payı 39% olacaq.

Qlobal elektrik enerjisi istehsalının 2040-da keçən illə müqayisədə 45,4 artımla 38,7 milyard meqavat saata çatacağı nəzərdə tutulur.

Beynəlxalq Enerji Agentliyinin (IEA) 2019 Dünya Enerji Proqnozları Hesabatına görə, keçən il 23 milyard meqavat saat olan qlobal elektrik enerjisi tələbi 2040-a qədər 34,5 milyard meqavat saata yüksələcək.

Qlobal elektrik enerjisi tələbinin böyük hissəsi 18 milyard meqavat saat ilə Asiya-Pasifik Bölgəsindəki ölkələrdən qaynaqlanacaq, bu bölgənin ardınca 5,6 milyard meqavat saat ilə Şimal Amerika gələcək.

Keçən il 26,6 milyard meqavat saat olaraq hesablanan qlobal elektrik enerjisi istehsalı, 2040-da 45,4%  artımla 38,7 milyard meqavat saata çatacaq. İstehsalda bərpa olunan enerji qaynaqlarının payı 50%-i aşacaq.

Ən sərfəli kredit üçün müraciət et

 Neft və təbii qaz istehsalı artacaq

Hesabata görə, 2040-cı ilə qədər qlobal neft istehsalı 10%, qlobal təbii qaz istehsalı 40% artacaq. Mövcud siyasətlərlə davam edilməsi halında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) neft istehsalındakı payı 39% olacaq.

OPEC üzvü ölkələrin 2040-dakı istehsalı gündəlik 45,9 milyon barel, qlobal neft istehsalı isə 117,7 milyon barel təşkil edəcək. 

Keçən il 3,9 trilyon kub metr təşkil etmiş təbii qaz istehsalı isə 2040-da 5,9 trilyon kub metrə çatacaq.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et