2024-cü ilin üçüncü rübündə qlobal smartfon tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 309,9 milyon ədəd təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə “Canalys” analitik şirkətinin məlumatında deyilir.
Hesabatda qeyd olunur ki, bu, 2021-ci ildən, yəni pandemiyadan bəri iyul-sentyabr ayları üçün ən yaxşı göstəricidir.
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti 57,5 milyon smartfon sataraq qlobal bazar lideri olaraq qalır. “Apple”, “iPhone 16” seriyasının inkişaf etməkdə olan bazarlarda güclü debütü sayəsində 54,5 milyonluq rekordla ikinci yerini saxlayıb.
Növbəti yerlərdə Çinin “Xiaomi” - 42,8 milyon ədəd, “OPPO” (“OnePlus” brendi daxil olmaqla) - 28,6 milyon və “Vivo” - (27,2 milyon ədəd) qərarlaşıb.