Qlobal smartfon tədarükü 4% artıb | Banco.az

Qlobal smartfon tədarükü 4% artıb

Müəllif:Ayşən İmanova/Banco.az 

Qlobal smartfon tədarükü üçüncü rübdə 4% artaraq 316,1 milyon ədəd təşkil edib.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Məlumat Korporasiyasının (IDC) hesabatında deyilir.

Mütəxəssislər qeyd edirlər ki, makroiqtisadi problemlərə baxmayaraq, ardıcıl beşinci rübdür ki, smartfon tədarükündə artım müşahidə olunur.

Ən sərfəli kredit üçün müraciət et

“Vivo”, “OPPO”, “Xiaomi”, “Lenovo” və “Huawei” kimi Çin istehsalçılarının güclü satış artımı sayəsində smartfon bazarı qlobal iqtisadi çətinliklərə baxmayaraq dayanıqlılıq nümayiş etdirir”, - deyə IDC-nin baş tədqiqat meneceri Uill Vonq bildirib.

Qeyd edək ki, “Samsung” 18,3 faiz payla bazar lideri olaraq qalır. İkinci və üçüncü yerlərdə isə bazarın müvafiq olaraq 17,7 və 13,5 faizini alan “Apple” və “Xiaomi” qərarlaşıb.

Ən sərfəli krediti almaq üçün müraciət et