Müəllif:Mehin Qasımova,Banco.az
Beynəlxalq Məlumat Korporasiyasının (IDC) ilkin hesablamalarına görə, 2025-ci ilin üçüncü rübündə qlobal smartfon tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 322,7 milyon ədədə çatıb.
Banco.az xəbər verir ki, hesabatda bildirilir ki, bazarın bərpası əsasən premium seqmentdəki satışların artması və süni intellektlə işləyən smartfonlara olan marağın yüksəlməsi ilə əlaqədardır.
IDC-nin Baş Tədqiqat Direktoru Nabila Popal qeyd edib:
“Smartfon sənayesi güclü artım nümayiş etdirərək yüksəliş tendensiyasını davam etdirir. Davamlı iqtisadi qeyri-müəyyənlik və dəyişkən tariflərə baxmayaraq bu, əlamətdar nailiyyətdir”.
Şirkətin müştəri cihazları üzrə vitse-prezidenti Fransisko Jeronimo isə bildirib ki, "Apple" və "Samsung" premium seqmentdəki yeniləmələri ilə bazarda lider mövqelərini qoruyub:
“Eyni zamanda, daha əlverişli qiymətə təklif olunan süni intellektlə işləyən yeni modellər yüksək təkmilləşdirmə dərəcələrinə səbəb oldu".
IDC 2025-ci ilin son rübü üçün də müsbət bazar proqnozunu saxlayır və artım tendensiyasının ilin sonuna qədər davam edəcəyini gözləyir.
