Qlobal smartfon satışları 4% artıb | Banco.az

Qlobal smartfon satışları 4% artıb

Müəllif:Ayşən İmanova/Banco.az

Qlobal smartfon satışları 2024-cü ildə iki illik azalmadan sonra 4% artıb.

Banco.az xəbər verir ki, bu barədə “Counterpoint” analitik şirkəti məlumat yayıb.

Məlumata görə, 2023-cü ildə smartfon satışları son on ilin ən aşağı səviyyəsində olub.

İllik satışları əvvəlki ilə nisbətən 1% artan “Samsung”, süni intellektə malik “Galaxy S24” smartfonlarına olan güclü tələb sayəsində bazara liderlik etməyə davam edib.

Ən sərfəli kredit üçün müraciət et

“Apple” 2023-cü ildəkindən 2% aşağı satışla ikinci yeri tutub. Nəşr qeyd edir ki, “iPhone 16” seriyası, bu telefonlarda ilk başda “Apple Intelligence” xüsusiyyətlərinin olmaması səbəbindən birmənalı qəbul edilməyib.

Aparıcı mövqelərini qoruyub saxlamalarına baxmayaraq, “Samsung” və “Apple” hər biri qlobal bazarın 1%-ni itirib: onların payı müvafiq olaraq 19% və 18%-ə düşüb.

Üçüncü yerdə tədarükləri 12% artıran və bazar payını 13%-dən 14%-ə yüksəldən Çinin “Xiaomi” şirkəti qərarlaşıb.