Müəllif, Mehin Qasımova
Aİ iqtisadi sanksiyalar çərçivəsində Rusiyaya bir sıra idxal və ixrac məhdudiyyətləri qoyub.
Banco.az xəbər verir ki, Avropa İttifaqının sanksiyalarına baxmayaraq, beynəlxalq şirkətlərin yalnız 40 faizi Rusiyanı tərk edib.
Almaniya, Fransa və ABŞ-dan bir çox şirkətlər Rusiyada fəaliyyətlərini davam etdirirlər.
Müharibədən əvvəl Rusiyada fəaliyyət göstərən 1500-dən çox beynəlxalq şirkətdən 525-nin fəaliyyətini tamamilə dayandırdığı, 555-nin isə ölkədə fəaliyyətini qismən və ya normal davam etdirdiyi məlum olub.
Məlumat bazasına əsasən fəaliyyətini tamamilə dayandıran şirkətlərin sayı artaraq 535-ə, 547-si isə fəaliyyətini qismən və ya normal davam etdirib.
Bizi sosial şəbəkələrdən izləyin!!