Müəllif - Aida İsaq, Banco.az
Beynəlxalq səviyyədə mərkəzi banklar artıq inflyasiyanın və faiz dərəcələrinin əvvəlki minimumlarına qayıtmadığı yeni iqtisadi dövrə qədəm qoya bilər.
Banco.az xəbər verir ki, bunu Yaponiya Bankının rəhbəri Kazuo Ueda bildirib. O, pandemiya dövründə həyata keçirilən böyük məbləğli maliyyə dəstəklərinin inflyasiya təzyiqlərinə təsir göstərəcəyini qeyd edib. Bank təmsilçisi ekspertlərin bəzilərinin müvafiq vəziyyətin öhdəsindən gec-tez gəlinəcəyini proqnozlaşdırdığını, digərlərinin isə yüksək inflyasiyanın dövrünün insanların qiymətlərlə bağlı fikirlərini dəyişəcəyi ilə bağlı xəbərdarlıq etdiyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!