Müəllif - Aida İsaq, Banco.az
Qlobal səhm fondlarına 10 həftə ərzində ilk dəfə olaraq kapital axını gerçəkləşib.
Banco.az xəbər verir ki, yanvarın 11-nə olan məlumatlara əsasən, qlobal səhm fondlarına daxil olan məbləğ 5,17 milyard dollar təşkil edib. Bu, 2 noyabrdan bəri qeydə alınan ilk kapital axını olub. Beləliklə, Avropa səhm fondlarına 7,35 milyard dollar, Asiya səhm fondlarına 1,54 milyard dollar, ABŞ kapital fondlarına isə 2,01 milyard dollar daxil olub.
Qeyd edək ki, müvafiq həftədə qlobal istiqraz fondlarına kapital axını 2021-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə çataraq 16,92 milyard dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!