Qlobal risklər nefti ucuzlaşdırır, qızılı bahalaşdırır | Banco.az

Qlobal risklər nefti ucuzlaşdırır, qızılı bahalaşdırır

Beynəlxalq birjalarda risksiz maliyyə alətlərinə tələb artmaqda davam edir. Avro və neftdə ucuzlaşma da "Ayıların" diqqət mərkəzindədir.

Avropa mərkəzi bankının qərarı öncəsi avroda korreksiya. 

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının faiz qərarında günlər qalmış, avronun qiyməti cari həftənin maksimum və minimum səviyyələri aralığında ticarət edilməkdədir. Korreksiya 1.1138$-a kimi də dərinləşə bilər.

Qlobal risklərin artması nefti ucuzlaşdırır, qızılı bahalaşdırır. 

Ən sərfəli kredit üçün müraciət et

Dünyada siyasi və iqtisadi risklərin artması, neftə olan tələbin də azalmasına və beləliklə, qiymətlərin ucuzlaşmasına təsir etməkdədir. Təhlillərə əsasən, Avropanın Brent neftinin bir barel qiyməti 59$-ın altında qaldıqca, 50$-a kimi də ucuzlaşa bilər.

Əlvan metallar bazarlarında isə qızıla olan tələbin artması müşahidə edilir. Son altı ayın maksimum səviyyələrində ticarət edilən qızılın bir unsiya üzrə qiymətinin 1551$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et