Qlobal reytinq agentliyi Dollar/Manat məzənnəsi üzrə gözləntisini açıqladı | Banco.az

Qlobal reytinq agentliyi Dollar/Manat məzənnəsi üzrə gözləntisini açıqladı

"S&P Global Ratings" reytinq agentliyi Dollar/Manat məzənnəsinin 2024-cü ilin sonunadək dəyişməyəcəyini nəzərdə tutur.

Agentliyin Dollar/Azərbaycan Manatı üzrə proqnozu 2021-2024-cü illər üzrə 1.70 manatdır.

Agentlik 2020-ci ilin Oktyabr ayında Azərbaycanın reytinqini Dağlıq Qarabağla bağlı hərbi münaqişədən yaranan risklər ilə əlaqədar olaraq nəzərdən keçirərkən də Dolların qiymətini 1.70 manat səviyyəsində proqnozlaşdırmışdı.

Agentliyə görə, stabil məzənnə dövlətin xarici valyuta bazarına müntəzəm müdaxilələri ilə dəstəklənəcək.

"S&P" bildirir ki, karbohidrogen qiymətlərinin uzun müddət aşağı qalarsa, 2015-ci ildəki kimi, xarici valyuta buferlərinin oxşar itkisinə yol verməmək üçün məzənnənin tənzimlənməsinə icazə verilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et