Müəllif:Mehin Qasımova/Banco.az
"Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) dünya əhalisini qlobal rabitə ilə təmin edəcək layihə üzərində işləyir".
Banco.az xəbər verir ki, bunu BTİ-nin baş katibinin müavini Tomas Lamanauskas deyib.
BTİ-nin baş katibinin müavini bildirib ki, onun təxmini dəyəri 46 milyard dollardır.
"Biz hamı üçün ünsiyyəti təmin etmək üçün bütün tərəfdaşları cəlb edirik. Bizim hazırda 46 milyard dollar dəyərində layihəmiz var ", - o, XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.
Təşkilatın üzərində işlədiyi digər layihələrlə yanaşı, Lamanauskas BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birgə evlərini tərk etmək məcburiyyətində qalan insanlarla əlaqə yaratmaq təşəbbüsünü vurğulayıb. O, həmçinin fövqəladə hallarda rabitənin dayanıqlığının təmin edilməsi məsələsində dövlətlərlə qarşılıqlı əlaqəni qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!