Qlobal qızıl qiymətlərinin ucuzlaşacağı proqnozlaşdırılır | Banco.az

Qlobal qızıl qiymətlərinin ucuzlaşacağı proqnozlaşdırılır

Müəllif - Aida İsaq, Banco.az

2025-ci ilə qədər qızılın beynəlxalq bazarlarda dəyəri 14 faiz azala bilər. 

Banco.az xəbər verir ki, bu barədə “B1 konsaltinq şirkəti”nin məlumatında qeyd olunur. Analitiklərin fikrincə, ilin sonuna kimi qiymətli metalın orta qiyməti 1790 dollara düşəcək. 2024-cü ildə 1780 dollar, 2025-ci ildə isə 1710 dollar təşkil edəcək. Mərkəzi banklardan alışların həcminin azalması həmçinin, bir sıra ölkələrin pul siyasətini sərtləşdirmə siyasəti qiymətlərə təzyiq göstərəcək.

Qeyd edək ki, Ümumdünya Qızıl Şurası (WGC) 2022-ci ildə dünyada qızıla tələbatın 2011-ci ildən bu yana rekord səviyyəyə yüksələrək 4,7 min ton (plus 18 faiz) olduğunu bildirib. Eyni zamanda, mərkəzi bankların qızıl alışının həcmi də rekorda imza atıb. 1967-ci ildən bəri ilk dəfə olaraq 1,14 min ton təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram