Qlobal qızıl istehsalı 12 ildir ilk dəfə azaldı | Banco.az

Qlobal qızıl istehsalı 12 ildir ilk dəfə azaldı

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) tərəfindən aparılmış araşdırmaya görə, 2020-ci ildə qlobal qızıl istehsalı 12 ildir ilk dəfə azalıb.

2020-ci ildə qlobal qızıl istehsalı 3200 ton təşkil edib, bu, 2019-cu ildəki 3300 ton ilə müqayisədə 3% ətrafında azdır.

İstehsalın azalmasına təməl olaraq pandemiya səbəbilə sosial həyatda tətbiq edilən məhdudiyyətlər səbəb olub.

2020-ci ildə Çin, 380 ton ətrafında qızıl çıxararaq dünyanın ən böyük istehsalçısı mövqeyində yer alıb. Çinin ardından 320 tonla Avstraliya, 300 tonla Rusiya və 190 tonla ABŞ gəlib.

Ən çox qızıl çıxaran 10 ölkənin 9-unun istehsalı azalıb, Çinin istehsalı isə dəyişməyib.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram