Müəllif: Tamara Mustafayeva, Banco.az
Proqram təminatı ilə bağlı yaranan qlobal problem uçuşların ləğvini 4 dəfədən çox artırıb.
Banco.az xəbər verir ki, baş ofisi ABŞ-da yerləşən “FlightAware” internet saytındakı məlumata görə, proqram təminatı problemi dünya üzrə gündə orta hesabla 90 min uçuş həyata keçirən kommersiya aviaşirkətləri üçün ciddi problem yaradıb.
Problemin başladığı cümə günü 3403-ü ABŞ-da olmaqla ümumilikdə 5171 reys ləğv edilib, 12 min 896-sı ABŞ-da olmaqla cəmi 46 min 13 reys təxirə salınıb.
Bu il dünyada orta gündəlik uçuş ləğvi təxminən 1200 idisə, iyulun 19-da uçuşların ləğv edilməsində 4 dəfədən çox artım müşahidə olunub.
Qlobal əsasda ən çox mənfi təsirə məruz qalan şirkət ABŞ-da yerləşən "Delta" aviaşirkəti olub. "Delta" uçuşlarının 32 faizi ləğv edilib. Ləğv edilən reyslərin sayı 1207 olduğu halda, uçuşların 49 faizi təxirə salınıb. Gecikmiş reyslərin sayı isə 1867-yə çatıb.
Böhranın ikinci günündə 2 min 146-sı ABŞ-da olmaqla ümumi ləğv edilən uçuşların sayı 2 min 882 olub. Gecikmələrin sayı 35 min 203-ə çatıb ki, bunun 9 min 148-i ABŞ-da baş verib.
Aviasiya sektoru böhranın üçüncü günündə də təsirlənməyə davam edib. Ən çox təsirlənənlər arasında yenə ABŞ şirkətləri önə çıxıb.
Bizi sosial şəbəkələrdən izləyin!!