Müəllif:Mehin Qasımova/Banco.az
Zəfəran məhsulunun 400 tondan 170 tona düşməsi qiymətlərin artmasına səbəb olub.
Banco.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb.
Belə ki,xərclərin rekord artımı qlobal iqlim dəyişikliyi problemi ilə izah edilib .
İranda premium zəfəranın qiyməti kiloqramı 1,4 min dollara qalxıb.
Şaxtalı qışlar, quraq yazlar və isti yaylar ölkənin şərq rayonlarına dağıdıcı təsir göstərib. Su mənbələrinin quruması İranın məhsulun 400 tondan 170 tona qədər azalacağını gözləməsinə səbəb olub. Nəticədə premium zəfəranın qiyməti il ərzində iki dəfə artaraq daxili bazarda 1,4 min dollara, xaricdə isə 1,8 min dollara yüksəlib.
Qeyd edək ki, İran dünya bazarında zəfəranın 90 faizdən çoxunu istehsal edir.
Bundan əvvəl istehsalçılar xəbərdarlıq ediblər ki, zəfəranın iqlim dəyişikliyi nəticəsində yox ola bilər. İstilik və yağıntının olmaması səbəbindən çiçəkləmə gec başlayır və məhsuldarlıq aşağı düşür. Ədviyyat yetişdirən ispan fermerləri hektardan məhsuldarlığın 9 kiloqramdan 3,5 kiloqrama düşdüyünü qeyd ediblər.
Bizi sosial şəbəkələrdən izləyin!!