Qlobal pensiya fondları inflyasiyanın güclənməsindən narahatdır | Banco.az

Qlobal pensiya fondları inflyasiyanın güclənməsindən narahatdır

Müəllif - Aida İsaq, Banco.az

Qlobal pensiya və sərvət fondlarının rəhbərləri yaxın gələcəklə bağlı narahatdır. Buna səbəb olaraq isə də iqtisadi inkişafın yavaşlaması və inflyasiyanın güclənməsi göstərilir.

Banco.az xəbər verir ki, bu istiqamətdə “OMFIF” şirkəti sorğular həyata keçirib. Araşdırma Avropa, Şimali Amerika, Yaxın Şərq, Asiya və Latın Amerikasında 19 pensiya və sərvət fondunun rəhbərlərini əhatə edib. Hansı ki, onların təxminən 3 trilyon dollarlıq aktivləri idarə etdiyi qeyd olunur.

Sorğu iştirakçılarının 50 faizi inflyasiyanın güclənməsindən narahat olduğunu bildirib.

Fond rəhbərlərinin 40 faizindən çoxu daşınmaz əmlak və infrastruktur üçün daha çox vəsait ayıraraq gəlirlərini artırmağı hədəfləyir. Eyni zamanda onlar inflyasiya ilə indeksləşdirilmiş dövlət istiqrazlarına investisiyaların artırılmasını prespektivli hesab edir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, müvafiq sorğu cari ilin avqust ayından oktyabr ayına qədər dövrü əhatə edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et