Qlobal neft və qaz bazarları köklü şəkildə dəyişib | Banco.az

Qlobal neft və qaz bazarları köklü şəkildə dəyişib

Müəllif - Aida İsaq, Banco.az

Ukraynada münaqişənin gərginləşməsi fonunda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar dünyanın neft və qaz bazarlarında vəziyyəti kökündən dəyişdi.

Banco.az xəbər verir ki, bunu Amerikanın “Chevron” enerji şirkətinin rəhbəri Mayk Virt bildirib. Onun sözlərinə görə, fundamental dəyişikliklər qaz bazarına təsir edib. Yanacağın böyük hissəsinin Rusiyadan Avropaya ötürüldüyü “Şimal axını” qaz kəmərinin zədələnməsi səbəbindən dəyişikliklər uzunmüddətli olacaq. Şirkət rəhbəri regionda Rusiya qazından asılılığın aradan qaldırıldığını və gələcəkdə hər hansısa ciddi dəyişikliyin hiss olunmayacağını vurğulayıb.

Rusiya xammalının tədarükü ilə bağlı yaranan vəziyyət neft bazarı üçün çətinliklərə səbəb olub. Mövcud sanksiyalara əsasən, Rusiyadan neftin məhdudiyyətlərdən yan qaçan ölkələrə ixracı davam edir. Lakin logistika xərclərinin artması fonunda yanacağın qiyməti dəyişib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram