Qlobal neft tələbinin artacağı proqnozlaşdırılır | Banco.az

Qlobal neft tələbinin artacağı proqnozlaşdırılır

Müəllif: Mehin Qasımova/Banco.az

Qlobal neft tələbinin artacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki,bu OPEC-in noyabr hesabatında öz əksini tapıb.

Belə ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) analitikləri 2023-cü ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozlarını sutkada 2,44 milyon bareldən 2,46 milyon barelədək artırıblar. Hazırda ümumi göstərici sutkada 102,11 milyon barel səviyyəsində qiymətləndirilir .

Bununla yanaşı, təşkilat 2024-cü il üçün qlobal neft tələbi ilə bağlı proqnozu dəyişməz qoyub. Əvvəllər olduğu kimi, OPEC-də gələn il üçün də bu rəqəm sutkada 104,36 milyon barel (üstəgəl sutkada 2,25 milyon barel) olaraq qiymətləndirilir. Çində orta illik tələbatın rekord həddə çatacağı və 2022-ci il dəyərini gündəlik 1,2 milyon barel ötəcəyi gözlənilir.

Bundan əvvəl OPEC 2023-cü ildə təşkilata daxil olmayan dövlətlər tərəfindən neft hasilatının kəskin artacağını proqnozlaşdırmişdı. Bu il ABŞ, Kanada, Qayana, Braziliya , Norveç və Qazaxıstanda hasilatın artması hesabına bu rəqəmin sutkada 1,8 milyon barel artacağı gözlənilir. Eyni zamanda, 2024-cü ildə OPEC-ə daxil olmayan ölkələrin xam neft hasilatının artımı sutkada 1,4 milyon barel təşkil etməli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Təşkilatın noyabr hesabatında həmçinin bildirilir ki, 2023-cü ilin sentyabr ayının sonuna qədər  Rusiya yenidən Çin və Hindistana neft tədarükündə liderliyini bərpa edib . Payızın ilk ayının sonuna Çinə ümumi xammal idxalının 19 faizini, Hindistana isə 36 faizini təşkil edib. Bu göstəriciyə görə Rusiya əsas xammal rəqibi Səudiyyə Ərəbistanını qabaqlamağı bacarıb .

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et