Qlobal neft istehsalı artıb | Banco.az

Qlobal neft istehsalı artıb

Qlobal neft istehsalı noyabrda bir əvvəlki ay ilə müqayisədə 20 min barel artaraq gündəlik 101 milyon 360 min barelə yüksəlib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı noyabrda oktybar ayı ilə müqayisədə gündəlik 300 min barel azalaraq 29 milyon 660 min barel olub. 

Xam neft xaricindəki digər OPEC istehsalı isə dəyişməyərək gündəlik 5 milyon 550 min barel təşkil edib. Beləcə, OPEC-in cəmi neft istehsalı noyabrda gündəlik 35 milyon 210 min barel olaraq reallaşdı.

OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı isə noyabrda oktyabr ayı ilə müqayisədə gündəlik 320 min barel artaraq 66 milyon 150 min barelə yüksəlib. 

Ən sərfəli kredit üçün müraciət et

Beləliklə, qlobal neft təklifi noyabrda bir əvvəlki ay ilə müqayisədə gündəlik 20 min barel artaraq 101 milyon 360 min barelə yüksəlmiş olub.

QLOBAL NEFT TƏLƏBİ ARTACAQ

Hesabata görə, qlobal neft tələbinin 2020-ci ildə 2019-cu il ilə müqayisədə gündəlik ortalama 1 milyon 300 min barel artımla 101 milyon 500 min barel olacağı nəzərdə tutulur. Bir əvvəlki hesabatda gələn il neft tələbinin 1 milyon 200 min barel artacağı təxmin edilmişdi.

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et