Qlobal neft istehsalı artıb | Banco.az

Qlobal neft istehsalı artıb

Qlobal neft hasilatı, Oktyabrda Sentyabr ayı ilə müqayisədə gündəlik 1,5 milyon barel artımla təxminən 101 milyon barelə yüksəlib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq neft bazarı hesabatına görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı Oktyabrda gündəlik 1,06 milyon barel artaraq 29 milyon 910 min barel təşkil edib.

Xam neft xaricindəki digər OPEC istehsalı isə gündəlik 5 milyon 480 min barel təşkil edib. OPEC-in cəmi neft istehsalı Oktyabrda gündəlik 1,25 milyon barel artımla 35 milyon 390 min barel baş tutub. 

OPEC-ə üzv olmayan ölkələrin neft istehsalı, bu dövrdə gündəlik 255 min barel artaraq 65 milyon 600 min barelə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Beləcə, qlobal neft istehsalı Oktyabrda bir əvvəlki ayla müqayidədə gündəlik 1,5 milyon barel artaraq təxminən 101 milyon barelə yüksəlib.

Qlobal neft tələbi artacaq

Hesabatda, qlobal neft tələbinin 2020-də gündəlik ortalama 1 milyon 200 min barel artımla 101 milyon 500 min barel olacağı nəzərdə tutulur. Bir əvvəlki hesabatda gələn il neft tələbinin 1 milyon 300 min barel  artacağı təxmin edilmişdi.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et