Qlobal neft bazarında təşviş var – SƏBƏB | Banco.az

Qlobal neft bazarında təşviş var – SƏBƏB

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Neftə tələbatın ən yüksək həddə çatacağı məsələsi dünyanın ən böyük istehlakçı ölkələrinin daxil olduğu Beynəlxalq Enerji Agentliyi ( BEA ) ilə Neft İxrac Edən Ölkələr Təşkilatı ( OPEC ) arasında fikir ayrılığına səbəb olmaqda davam edir.

Banco.az xəbər verir ki, BEA təmiz enerjiyə keçidin sürətlənməsi ilə 2030-cu ildə qalıq yanacağa tələbatın ən yüksək həddə çatacağını və azalma tendensiyası başlayacağını iddia edib. Amma neft sektoruna trilyonlarla dollar investisiya tələb edən OPEC qrupu, qlobal neft tələbinin 2030-cu ildən sonra da artacağını proqnozlaşdırır.

Bundan əlavə, son neft bazarı hesabatına görə, qrup hazırda gündə 104,5 milyon barel olan qlobal neft tələbinin 2045-ci ilə qədər gündəlik 116 milyon barrelə çatacağını təxmin edir. Agentlik 2030-cu ildə bu tələbatın sutkada 102 milyon barrelə çatacağını və daha sonra elektrik nəqliyyat vasitələrinin geniş vüsət alması və bərpa olunan mənbələrin daha çox elektrik enerjisi istehsalında istifadə olunması ilə azalacağını proqnozlaşdırır.

Ekspertlərin analizinə görə, tələbin davamlı artması iqtisadiyyatları çətin vəziyyətə sala bilər. 

Digər tərəfdən, ekspertlər qlobal xam neft tələbinin növbəti 10 ilin sonunda artmağa davam edəcəyi təqdirdə yarana biləcək mənfi ssenarilər barədə xəbərdarlıq ediblər.

Vaşinqtonda yerləşən Rapidan Energy Group konsaltinq firmasının prezidenti Bob MakNally bildirib ki, qlobal xam neft tələbinin nəzərdə tutulan müddətdə ən yüksək həddə çatmasa neft qiymətlərini artıra bilər. Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin maliyyə direktoru Ziyad əl-Mürşəd isə son açıqlamasında bu il neftə tələbatın sutkada 1,7 milyon barel artacağını gözlədiklərini vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizim müşahidələrimizə əsasən,  2024-cü ildə reaktiv mühərrik yanacağına tələb artmaqda davam edəcək. Bu rəqəm 2023-cü ildəki gündəlik 7,2 milyon barelə qarşı 7,5 milyon barelə çatıb.  Qeyd edim ki, qlobal iqtisadiyyat birinci rübdə dayanıqlılığını nümayiş etdirib, neftə tələbat 2 faiz və ya 1,9 milyon barel səviyyəsində artıb.

“Saudi Aramco”nun maliyyə direktoru qeyd edib ki, neftə tələbatın artması founda ABŞ, Çin və Hindistanda ciddi lokomotivinə çevrilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et