Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal kompüter satışları ilin ikinci rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artıb.
Banco.az xəbər verir ki, “International Data Corporation” (IDC) bazar araşdırması şirkətinin hesabatına əsasən, 2024-cü ilin ikinci rübündə fərdi kompüterlərin satışı ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 64,9 milyon ədədə çatıb.
Diqqətəlayiq məqam burasıdır ki, sözügedən satışlar 2 illik azalmadan sonra süni intellektin təsiri ilə ardıcıl ikinci rübdə də artım göstərib.
Ən böyük 5 kompüter istehsalçısını təhlil edən hesabatda deyilir:
"Çinin zəif satış nəticələri bazarı sıxışdırmağa davam edir. Çin istisna olmaqla, dünya üzrə daşınmalar ikinci rübdə əvvəlki illə müqayisədə 5 faizdən çox artıb."
Qeyd edilib ki, ikinci rübdə ən böyük artım illik 20,8 faizlə "Apple" şirkətinin kompüter satışlarında olub. “Apple”ı 13,7 faizlə “Acer” izləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!