Qlobal karbon emissiyalarının 80 faizi bu məşhur şirkətlərin payına düşür | Banco.az

Qlobal karbon emissiyalarının 80 faizi bu məşhur şirkətlərin payına düşür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Karbon emissiyalarının 80 faizi 57 şirkətin payına düşüb.

Banco.az xəbər verir ki, “InfluenceMap”in beynəlxalq tədqiqatçılar tərəfindən yaradılan Karbon Nəhəngləri məlumat bazasından istifadə edərək hazırladığı yeni hesabata görə, karbon emissiyalarının əksəriyyətinə səbəb olan qurumlar dövlətin nəzarətində olan və səhmdarlara məxsus transmilli korporasiyalar, o cümlədən dünyanın ən böyük neft, qaz, kömür və sement istehsalçılarıdır.

Sözügedən 57 beynəlxalq şirkət 2016-2022-ci illərdə qalıq yanacaq və sement sektorunda karbon emissiyalarının 80 faizinə səbəb olub.

“Saudi Aramco”, Rusiyanın dövlət net-qaz şirkəti “Qazprom”, “Coal India”, İran Milli Neft Şirkəti, “Rosneft”, Çin dövlət neft və təbii qaz şirkəti “CNPC”, Abu Dabi Milli Neft Şirkəti, ABŞ-ın “ExxonMobil” və İraq Milli Neft Şirkəti bu dövrdə ən çox karbon emissiyasına səbəb olan şirkətlər arasında birinci yerdədir.

Qeyd edilənə görə, qalıq yanacaq şirkətlərinin əksəriyyəti Paris Sazişindən sonrakı 7 il ərzində sazişin qəbulundan əvvəlki 7 illə müqayisədə daha çox qalıq yanacaq istehsal edib və daha çox karbon emissiyası istehsal edib.

Ən sərfəli kredit üçün müraciət et

1854-2022-ci illər üçün müəyyən edilmiş məlumatların qeydlərinə görə, sənaye inqilabından bu yana qlobal qalıq yanacaq və sement sektorundan qaynaqlanan karbon emissiyalarının 70 faizdən çoxunun 78 şirkətə aid olduğu görünür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et