Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal işçi qüvvəsinin 168 milyonu miqrant işçilərdir.
Banco.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2019-2022-ci illəri əhatə edən “Miqrant İşçilərin Qlobal Proqnozu” adlı hesabatına əsasən, 2022-ci ildə dünya üzrə beynəlxalq immiqrantların sayı 284,5 milyon nəfərə çatıb.
Bunların 255,7 milyonu əmək qabiliyyətli (15 yaş və yuxarı) immiqrant əhalidən ibarətdir. Beləliklə, beynəlxalq işçi qüvvəsində immiqrantların ümumi sayı 2022-ci ildə 167,6 milyon nəfərə yüksəlib.
Beynəlxalq işçi qüvvəsində immiqrantların ümumi sayı 2019-cu ildə 164 milyon olaraq hesablanmışdı. Maraqlıdır ki, sözügedən işçi qüvvəsi 2013-cü ildən bəri 30 milyon nəfərdən çox artıb.
Hesabata görə, kişi əməkçi miqrantların sayı 102,7 milyon, qadın əməkçi miqrantların sayı isə 64,9 milyon nəfər olaraq hesablanıb. İmmiqrantlar qlobal işçi qüvvəsinin 4,7 faizini təşkil edir.
Qeyd edilib ki, əməkçi miqrantların 68,4 faizi yüksək gəlirli ölkələrdə, 17,4 faizi orta gəlirli ölkələrdə, 10,9 faizi aşağı orta gəlirli ölkələrdə, 3,3 faizi isə aşağı gəlirli ölkələrdə yaşayır.
Bizi sosial şəbəkələrdən izləyin!!