"Qlobal iqtisadiyyatın və neftə tələbatın bərpası 2021-ci ildən başlaya bilər" | Banco.az

"Qlobal iqtisadiyyatın və neftə tələbatın bərpası 2021-ci ildən başlaya bilər"

Qlobal iqtisadiyyatın və neftə tələbatın bərpası 2021-ci ildən başlaya bilər.

Bunu "Rosneft" şirkətinin rəhbəri İqor Seçin XIII Avrasiya İqtisadi Forumunda çıxış edərkən deyib.

"Mövcud hesablamalara görə, qlobal iqtisadiyyatın və neftə olan tələbatının bərpası 2021-ci ildən başlaya bilər. Lakin bəşəriyyət nəticə əldə etmək üçün koordinasiya edilmiş səylər göstərməlidir. Bu, çətin bir işdir, amma həll edilə bilən bir problemdir. Bu baxımdan ilk dəfə epidemiyaya məruz qalan Çin yaxşı bir nümunədir", - İ. Seçin qeyd edib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram