"Qlobal iqtisadiyyatda narahatlıq hissi aktual olaraq qalır" | Banco.az

"Qlobal iqtisadiyyatda narahatlıq hissi aktual olaraq qalır"

“Mütəxəssislər qlobal iqtisadiyyatın son dövrlərdə bərpa olunmasını qeyd etsələr də, narahatlıq hissi aktual olaraq qalır”. 

Bunu “Pacific Investment Management”in qlobal iqtisadiyyat üzrə müşaviri İoaxim Fels bildirib.

Onun sözlərinə görə, bütün ölkələrdə tezliklə tənəzzül başlayacaq: “İnkişaf etmiş ölkələrin hökumətləri pandemiya dövründə iqtisadiyyatı mümkün qədər normal vəziyyətə gətirmək üçün trilyonlarla dollar xərclədi. Bunun sayəsində avqust ayında ABŞ-da işsizlik kəskin şəkildə azaldı və mənzil bazarındakı vəziyyət yaxşılaşdı”. 

Müşavir əlavə edib ki, xərclənən vəsaitlər hesabına Çin iqtisadiyyatı bərpa olundu, Almaniyada istehsal artdı: “Ancaq proqnozlara görə, ilin sonunadək bu mövqeyi qoruyub saxlamaq asan olmayacaq. Bütün ölkələrdə iqtisadiyyatı stimullaşdırmaq üçün səylərin artırması tələb ediləcək”.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et