Qlobal iqtisadiyyat üçün bədbin proqnoz | Banco.az

Qlobal iqtisadiyyat üçün bədbin proqnoz

Yaxın 12-18 ay ərzində qlobal iqtisadiyyatı durğunluq gözləyir. "Lenta.ru" saytına istinadən xəbər verilir ki, bunu CNBC telekanalına müsahibəsində Danimarkanın onlayn investisiya bankı olan "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen (Steen Jakobsen) deyib. O bildirib ki, yaxın iki rüb ərzində qlobal iqtisadiyyatın aparıcı bölgəsi Avrozona olacaq. Avrozona iqtisadiyyatı artım tempinə görə ABŞ-ı üstələyəcək.

Bankın analitikləri Avropa səhmlərinin yüksək mənfəətləri ilə müqayisədə ucuz olduğunu bildiriblər. ABŞ səhmlərinin isə müsbət gözləntilərlə çox yüksəldiyi, gözləntilərin isə həyata keçə bilməmək ehtimalının olduğunu xatırladıb. 

Mənbə: Report.az