Qlobal iqtisadiyyat üçün 2019 proqnozları | Banco.az

Qlobal iqtisadiyyat üçün 2019 proqnozları

Dünya İqtisadi Forumu (WEF) tərəfindən risklər daxil qlobal iqtisadiyyatı bu il nələrin gözlədiyinə dair 10 proqnoz yayımlanıb.

Forumun hesabatında, bu ilin 10 təxmini arasında ilk yerdə, ABŞ iqtisadiyyatının artım trendinin üstündə qalacağı proqnozu yer alır. Bunun ardınca Yaponiyada inkişafının zəif qalacağı, Çin iqtisadiyyatının yavaşlamağa davam edəcəyi və inkişaf edən bazarlarda artımının 4,6% düşəcəyi gəlir.

Bu il qlobal iqtisadiyyata bağlı digər təxminlər əmtəə qiymətlərinin "enişli-yoxuşlu səfərə başlaması", qlobal inflyasiya nisbətinin 3%-ə yaxın qalması, Fed-in faiz artırması və digər mərkəzi bankların bunu izləməsi, dolların  güclü qalacağı, siyasi şoklarının riskləri artırdığı ancaq 2019-da durğunluğa təkan verməsi üçün kafi olmadığı şəklində sıralanıb. 

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda, ABŞ iqtisadiyyatının vergi endirimləri və xərcləmələrin artmasına görə 2018-də gözləniləndən çox artacağı qeyd edilib, 2019-da da vergi endirimlərinin təsirinin hiss ediləcəyi, iqtisadi artımın keçən ildən az olacağı, ancaq 2,6% ilə hələ də trendin üzərində qalacağı qeyd edilib.

Hesabatda qeyd edilib ki, Dollar, ABŞ iqtisadiyyatının trendin üzərində artması, Fed-in faiz artırmasının gözlənildiyi üçün 2018-də olduğu kimi 2019-da da güclü  qalacaq. Son zamanlar valyuta bazarlarındakı nisbi sakitlik nəzərə alındıqda, xüsusilə də inkişaf etməkdə olan ölkə pularına bağlı olaraq bu il dolların çox dəyər qazanması mümkün görünmür. Avropadakı siyasi qeyri-müəyyənlik avro və sterlinq üçün mənfidir, avro/dollar məzənnəsinin bu ili 1,10 səviyyəsində başa vuracağı gözlənilir.Dollar/yuan məzənnəsinin də 7 səviyyəsindən aşağı qalacağı nəzərdə tutulur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et