Müəllif: Tamara Mustafayeva, Banco.az
Allianz: Qlobal iqtisadiyyat son on ilin ən gərgin dövrlərindən birini yaşayır.
Banco.az xəbər verir ki, “Allianz Trade” şirkətinin 2026-cı ilin ilk Ölkə Risk Atlasına əsasən, 2025-ci ildə 36 ölkənin risk reytinqi yüksəldilib, 14 ölkənin risk reytinqi isə aşağı salınıb.
“Allianz Trade” qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 94 faizini əhatə edən 83 ölkə üzrə iqtisadi mənzərəni, riskləri və imkanları əks etdirən üçüncü Ölkə Risk Atlasını yayımlayıb.
Şirkətin yaydığı məlumata görə, Ölkə Risk Atlası ilin hər rübündə baş verən son iqtisadi proseslər və “Allianz Trade”in özünəməxsus məlumatları əsasında daim yenilənən xüsusi risk qiymətləndirmə modeli ilə hazırlanır.
Atlasda qeyd olunur ki, 2025-ci ildə “Allianz Trade” tərəfindən risk reytinqi yaxşılaşdırılan ölkələrin sayı risk reytinqi aşağı salınan ölkələrin sayından demək olar ki, iki dəfə çox olub. Ümumilikdə isə qlobal ölkə riskləri üzrə mənzərənin yaxşılaşdığı vurğulanır.
Bizi sosial şəbəkələrdən izləyin!!
