"Qlobal iqtisadi artım 2020-də 8 ilin ən aşağı səviyyəsinə geriləyəcək" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Qlobal iqtisadi artım 2020-də 8 ilin ən aşağı səviyyəsinə geriləyəcək"

Kredit reytinqi agentliyi "Fitch Ratings"in proqnozuna görə, qlobal iqtisadi artım 2019-cu ildə 2.6%-ə, 2020-ci ildə isə 2.5%-ə geriləyəcək. 2020-ci ildəki iqtisadi artım 2012-dən bəri ən aşağı səviyyə ola bilər. Qlobal iqtisadi artım 2018-ci ildə 3.2 faiz təşkil etmişdi.

İqtisadi mənzərənin ABŞ - Çin ticarət müharibəsinə görə əhəmiyyətli dərəcədə pisləşdiyini vurğulayan Agentlik, İyundan bu yana ən azı 16 ölkənin iqtisadi artım proqnozunun aşağı salındığını vurğulayıb.

"Fitch"in baş iqtisadçısı Brian Coulton, "1930-lardan bəri qlobal iqtisadi artım proqnozlarının ticarət siyasətindəki qüsurlardan bu qədər çox təsirləndiyi az hal olub",- deyib. 

marja