"Qlobal inflyasiya səngiməyə doğru gedir" | Banco.az

"Qlobal inflyasiya səngiməyə doğru gedir"

Müəllif - Aida İsaq, Banco.az

“Financial Times” qlobal inflyasiyanın ən yüksək həddə çatdığını və hazırda səngiməyə doğru getdiyini bildirib.

Banco.az xəbər verir ki, şirkət əsas iqtisadi göstəricilərin təhlili və ekspertlərlə aparılan sorğular nəticəsində bu qənaətə gəlib.

Qeyd olunur ki, Almaniyada oktyabr ayı üzrə topdansatış istehsalçı qiymətləri sentyabr ayı ilə müqayisədə 4,2% azalıb. Azalmanın 1948-ci ildən bəri rekord göstərici olduğu bildirilir. Qeyd olunur ki, ABŞ və Britaniyada topdansatış istehsalçı qiymətləri 2021-ci ilin yayına nisbətən azalıb.

Bundan başqa, 2022-ci ilin oktyabr ayında demək olar ki, bütün G20 ölkələrində o cümlədən Polşa, Portuqaliya, İspaniya və Meksika kimi dövlətlərdə topdansatış istehsalçı qiymətlərinin göstəricilərində sentyabr ayı ilə müqayisədə azalmalar müşahidə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram