Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən il dünya üzrə hidroelektrik enerji potensialının artımı 34 min meqavata çatıb.
Banco.az xəbər verir ki, Beynəlxalq Hidroenergetika Assosiasiyasının (IHA) 2023 Dünya Hidroenergetika Hesabatı dərc olunub.
Müəyyən edilib ki, ötən il su elektrik stansiyalarında quraşdırılmış enerji əvvəlki illə müqayisədə 34 min meqavat artaraq 1 milyon 397 min meqavata çatıb. Yeni əlavə edilmiş gücün 10,5 min meqavatını nasosla işləyən su elektrik stansiyaları, qalan 23,5 min meqavatını isə bəndli su elektrik stansiyaları təşkil edib.
Həmçinin vurğulanıb ki, hidroelektrik enerji potensialı üzrə Çin 415 min meqavatla dünyada birinci yerdədir.
Hesabata görə, hidroelektrik enerji potensialının artmasında etibarlı və davamlı elektrik enerjisinə tələbatın güclənməsi ilə yanaşı, inkişaf etmiş ölkələrin karbon emissiyası hədəflərinə çatmaq üçün daha ekoloji cəhətdən təmiz mənbələrə üstünlük vermələri mühüm rol oynayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!