Müəllif: Tamara Mustafayeva, Banco.az
ÜTT: Qlobal gəlir bərabərsizliyi 110 il əvvəl olduğu kimi yüksək səviyyədədir.
Banco.az xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) dərc etdiyi "2024 Dünya Ticarət Hesabatı"nda qlobal ticarətin bir çox ölkədə yoxsulluğun azaldılmasına töhfə verdiyi, lakin bunun təkbaşına yoxsulluqla mübarizəyə kömək etmədiyi bildirilib.
Qlobal ticarətin imkanlar təqdim etdiyi bildirilən hesabatda yoxsulluqla mübarizə və iqtisadiyyatlar arasındakı uçurumu aradan qaldırmaq üçün ticarətlə yanaşı, sosial tədbirlərin və beynəlxalq əməkdaşlığın da zəruri olduğu bildirilib.
Hesabatda həmçinin vurğulanıb ki, qlobal ticarəti daha inklüziv etmək üçün istehlakçıların aşağı qiymətlərdən, etibarlı infrastrukturdan və yaxşı işləyən maliyyə bazarlarından faydalanmasını təmin etmək üçün peşə təhsili, rəqabət siyasəti kimi daxili siyasətlərin dəstəklənməsi daxil olmaqla, əhatəli strategiya lazımdır.
ÜTT-nin hesabatında 2022-ci il Qlobal Bərabərsizlik Hesabatına istinadən qeyd olunub ki, qlobal gəlir bərabərsizliyi mütləq ifadədə 110 il əvvəl olduğu qədər yüksəkdir.
Hesabata görə, 1910-cu ildə dünya əhalisinin ən varlı 10 faizinin gəliri ən aşağı gəlirli 50 faizin gəlirindən 41 dəfə çox olduğu halda, 2020-ci ildə bu nisbət 38 dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!