Qlobal fəlakət baş versə belə sağ qalacaq ölkələr bəlli olub | Banco.az

Qlobal fəlakət baş versə belə sağ qalacaq ölkələr bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Varlılar artıq 5 ölkədən torpaq almağa başlayıb: Dünyanın sonunda gizli sığınacaq olacaqlar.

Banco.az xəbər verir ki, dünya əhalisinin sürətlə artması, epidemiyalar, iqlim dəyişikliyi və qlobal istiləşmə kimi təhlükələr bəşər sivilizasiyası üçün ciddi risklər yaradır.

Elm adamları illərdir bu təhlükələrə qarşı hazırlaşır və mümkün çöküş senarisində ən təhlükəsiz ölkələri müəyyənləşdirməyə çalışırlar. Ən son araşdırma qlobal fəlakət zamanı belə sağ qala biləcək beş ölkəni müəyyən edib.

Araşdırmalara görə, Yeni Zelandiya, İslandiya, İngiltərə, İrlandiya və Avstraliyanın Tasmaniya əyaləti mümkün qlobal fəlakət zamanı ən təhlükəsiz sığınacaq kimi seçilir.

Bu ölkələr əhalinin aşağı sıxlığı, güclü kənd təsərrüfatı infrastrukturu və dayanıqlı enerji resurslarından faydalanır. Xüsusilə Yeni Zelandiya geotermal və hidroelektrik enerji ehtiyatları, geniş əkinçilik sahələri və təcrid vəziyyətinə görə siyahının başındadır.

Tədqiqatçılar bildirirlər ki, milyarderlər qiyamətə hazırlaşmaq üçün artıq Yeni Zelandiyada torpaq alıblar. “Sustainability” jurnalında dərc edilən araşdırmada sərhədlərinin asanlıqla qorunduğu və mülayim iqlimi olduğu üçün bu bölgəyə üstünlük verildiyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

İngiltərənin siyahıda olması isə təəccüblü nəticə kimi qiymətləndirilir. Əhali sıxlığına və xarici istehsaldan asılı olmasına baxmayaraq, Böyük Britaniyanın şoklara qarşı dayanıqlı olmaq potensialına malik olduğu bildirilir.

Tədqiqatçılar bu təhlükəsiz zonaları “xilasedici qayıqlar” kimi təsvir edirlər. Proqnozlaşdırılır ki, böyük bir fəlakət baş verərsə, bu ölkələr öz əhalisini qoruya və sivilizasiyanın davamını təmin edə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram