Qlobal faiz artımı dövrü başa çatır? | Banco.az

Qlobal faiz artımı dövrü başa çatır?

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED-in may ayında yekun faiz artımından sonra artım tempini dayandıracağı gözləntiləri digər mərkəzi bank qərarları ilə bağlı proqnozlara da təsir edir.

Banco.az xəbər verir ki, qlobal mərkəzi bankların əksəriyyəti ya faiz artımının sonuna yaxınlaşır, ya da faiz artımı dövrünü artıq başa vurub və qarşıdakı dövrdə faiz endiriminə hazırlaşır.

Braziliyadan İndoneziyaya qədər əksər mərkəzi bankların faiz dərəcələrinin azaldılmasının bu il başlaya biləcəyi düşünülür ki, bir çox inkişaf etmiş ölkələrin də oxşar yolla getməsi gözlənilir. “Bloomberg”in izlədiyi 23 regiondan ən azı 20-də 2024-cü ildə faiz dərəcələrinin azaldılması proqnozlaşdırılır.

“Bloomberg Economics”in hesablamalarına görə, qlobal faiz dərəcəsinin pik həddi bu ilin üçüncü rübündə 6 faiz olacaq və gələn ilin sonuna qədər bu göstərici 4,9 faizə enəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et