Qlobal ev heyvanları sənayesi sürətlə inkişaf edir | Banco.az

Qlobal ev heyvanları sənayesi sürətlə inkişaf edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ev heyvanları sənayesi yüksək rəqabətli bazara çevrilmək üzrədir.

Banco.az xəbər verir ki, 2020-ci ildən etibarən Böyük Britaniya, Almaniya və Fransa kimi Avropa ölkələrində ev heyvanlarını sahiblənmək halları 50 faizdən çox artıb.

İnsanlar sevimli ev heyvanlarına qayğı göstərmək üçün əlavə səylər göstərirlər ki, bu minvalda sözügedən sənaye Şimali Amerika və Avropada sürətlə inkişaf edir.

Sənaye sürətlə inkişaf edir və analitiklər bu sənayenin 2030-cu ilə qədər yarım milyard dollar dəyərində olacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, ev heyvanları sənayesinin mühüm inkişaf sahələrindən biri də ev heyvanları üçün qida sənayesidir.

Ən sərfəli kredit üçün müraciət et

“Nestle Purina Petcare EuropeⅦ şirkətinin CEO-su Ceff Hamilton qeyd edir ki, insanlar istehlak etdikləri qidalarla bağlı daha şüurlu davrandıqca, ev heyvanları üçün də eyni şeyi istəməyə başlayırlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et