Qlobal ərzaq qiymətləri yenə də ucuzlaşıb | Banco.az

Qlobal ərzaq qiymətləri yenə də ucuzlaşıb

Tamara Mustafayeva, Banco.az

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ərzaq İndeksini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal ərzaq qiymətləri mövsümi təklif artımı və bəzi məhsullara tələbin azalması fonunda beşinci aydır ki, ucuzlaşmağa davam edir.

Birləşmiş Millətlər Təşkilatının bugün açıqladığı FAO İndeksi dünyada ərzaq xərclərinin avqust ayında əvvəlki ayla müqayisədə 1,9 faiz azaldığını göstərir. İndeks yanvar ayından bəri ən aşağı səviyyədə qalmağa davam edir.

Ərzaq qiymətlərinin ucuzlaşması yaşayış böhranının dərinləşməsi ilə mübarizə aparan istehlakçılara bir qədər rahatlıq verə bilər, lakin sözügedən ucuzlaşmanın 2008-ci ildən bəri qeydə alınan ən böyük geriləməyə imza atılan iyul ayından daha az olduğunu və qiymətlərin bir il əvvələ nisbətən bahalaşdığını da vurğulamaq lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Birləşmiş Millətlər Təşkilatının FAO İndeksi xam qidalar üzrə ixrac rəqəmlərinə əsaslansa da, yüksək pərakəndə qiymətləri nəzərə almır. Buna görə də, gözlənilən təsirlərin istehlakçılar tərəfindən hiss edilməsi üçün vaxt tələb olunacağı düşünülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et