Qlobal ərzaq qiymətləri ucuzlaşmaqda davam edir | Banco.az

Qlobal ərzaq qiymətləri ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, sentyabr ayından etibarən qlobal ərzaq qiymətləri 6 aydır ki, davamlı olaraq ucuzlaşır.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayı üzrə Qlobal Ərzaq Qiymətləri İndeksini açıqlayıb.

İndeks sentyabr ayında aylıq əsasda 1,1 faiz azalarkən, illik əsasda 5,5 faiz artıb.

İndeksin geriləməsinə bitki yağı qiymətlərinin ucuzlaşması təsir göstərib. Bitki Yağı Qiymətləri İndeksi aylıq 6,6 faiz azalaraq 2021-ci ilin fevralından bəri ən aşağı səviyyəyə çatıb.

Taxıl Qiyməti İndeksi aylıq 1,5 faiz artıb, ət Qiyməti İndeksi 0,5 faiz geriləyib. Beynəlxalq buğda qiymətləri isə 2,2 faiz bahalaşıb.

Şəkər Qiyməti İndeksi də sentyabr ayında 0.7 faiz azalıb ki, bu da, əsasən Braziliyanın müsbət istehsal proqnozları, aşağı etanol qiymətləri və valyuta hərəkəti ilə əlaqədardır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram