Qlobal ərzaq qiymətləri ucuzlaşır | Banco.az

Qlobal ərzaq qiymətləri ucuzlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətləri yanvar ayında ardıcıl 10-cu aydır ki, ucuzlaşıb.

Banco.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlama edib.

Açıqlama qeyd olunub ki, ərzaq məhsullarının beynəlxalq qiymətləri üzrə aylıq dəyişiklikləri izləyən FAO-nun Ərzaq Qiymətləri İndeksi yanvar ayında əvvəlki ayla müqayisədə 0,8 faiz azalaraq 131,2 bənd olub. Ən çox ucuzlaşma isə bitki yağları, süd məhsulları və şəkər qiymətlərində müşahidə olunub.

Həmçinin vurğulanıb ki, indeks Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra keçən ilin mart ayındaki rekord səviyyəsindən təxminən 18 faiz (28,5 bənd) aşağı düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Xatrladaq ki, 2022-ci ilin martında indeks 159,7 punkta çataraq rekord qırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et